İdman
FHN-in əməkdaşı atıcılıq yarışında gümüş medal qazandı
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı idman növü üzrə yarış keçirilib.
Publika.az xəbər verir ki, yarışda 36 dövlət qurumundan 65 kişi, 49 qadın əməkdaş əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.
Yarışda iştirak edən FHN-in atıcılıq üzrə komandasının əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb.
Belə ki, qadınlar arasında güllə atıcılığı yarışında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Aynur Məmmədova 10 metr məsafədən 10 atəş üzrə 81 xal toplayaraq yarışın gümüş medalına sahib olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
-
İdman20:48Onların sirrini heç kim bilmir - Bulıkin “Qarabağ” haqda
-
Magazin119:30Generalın oğlunun keçmiş sevgilisindən YENİ AÇIQLAMA
-
Nida Xəbər 19:00Bunu edənləri 30 min manat cərimə gözləyir - Cəzalar sərtləşdirildi
-
Yaxın Şərq17:10İran ABŞ-a xəbərdarlıq etdi - Tammiqyaslı müharibə təhlükəsi var
-
Hadisə15:44Azərbaycanın Xalq rəssamının qızı həbs olundu
-
Sosial15:12Həbsdə olan məşhur bəstəkar azad edildi
-
Magazin114:00Hüseyn cinayət işinin bağlanmasını istəyir - 170 milyonluq qalmaqal
-
Köşə13:10Jurnalistika təkcə peşə deyil, vicdan və sevgi işidir











.jpg)










.jpg)


.jpg)




.jpg)




