İdman
"Qarabağ"dan Zəfər Gününə MÖHTƏŞƏM QƏLƏBƏ - VİDEO/YENİLƏNDİ
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.
Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə ,meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.
xxx
23:20
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Pubıika.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.
59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.
xxx
22:36
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionundakı matçda hesab bərabərdir- 1:1.
Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.
xxx
22:12
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.
21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.
xxx
21:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir.
Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.
xxx
21:12
UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək "Budyo-Qlimt" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Budyo-Qlimt": Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel
Baş məşqçi: Hyetil Knutsen
"Qarabağ": Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, "Aspmüra" stadionunda keçiriləcək "Budyo-Qlimt" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
-
Magazin206:16Yeni imici ilə göz oxşadı - “Hiss edirəm, çox gözəl şeylər olacaq”
-
MDB05:45Belqoroda kütləvi PUA HÜCUMU - 3-ü uşaq olmaqla 13 nəfər yaralandı
-
ABŞ04:14Pentaqon hərbi podratçılara 21 gün vaxt verdi - İranla münaqişə səbəbindən...
-
Magazin102:12İrina Şeyk kiçik bikinidə pozalar verdi - FOTO
-
Magazin200:45Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Avropa00:30İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu - FOTO
-
Magazin100:15Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyəcanlı bir eşq qapını döyə bilər


















.jpg)







.jpg)








