İdman
Bu klubun futbolçusu Parisdə qarət edildi: 4 nəfər silahlı şəxs...
“Monako”nun hücumçusu Corc İleniçena cinayətkarların hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
18 yaşlı futbolçu Parisin cənubundakı Korbeil-Eson qəsəbəsində qarət edilib. Tanışlarından birinin ad günündən ayrılan nigeriyalı forvard dostu ilə “Volkswagen Golf” markalı avtomobilin sükanı arxasına keçib və bu zaman üzləri balqabaqla örtülmüş, əllərində odlu silah olan azı dörd naməlum şəxs onlara yaxınlaşıb.
Futbolçu bahalı ayaqqabısını, telefonunu və avtomobilinin açarlarını onlara verməyə məcbur olub. Hücum edənlər “Volkswagen”ə miniblər, lakin hərəkətə başlayan kimi yaxınlıqda dayanmış avtomobilə çırpılıblar, daha sonra düşərək hadisə yerindən qaçıblar.
İleniçena dərhal polisə zəng vurub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır.
Qeyd edək ki, forvard bu yay 18,75 milyon avroya "Antverpen"dən "Monako"ya keçib. Bu mövsüm o, knyazlıq klubunun heyətində 14 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Heybət
-
Magazin207:55Conni Depp bu xəbərlə pərəstişkarlarını sevindirdi
-
Ekopublika.az06:16Maaşlarla bağlı ŞAD XƏBƏR
-
İdman05:15LGBT ilə bağlı Misirdən etiraz gəldi: İran susur
-
Qoroskop02:00Günün ulduz falı: Xoş xəbər alacaqsız
-
İdman01:11Yaxşı olar ki, bir şey deməyim - Koxalski nəyə əsəbləşib?
-
İdman01:05Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır
-
İdman00:41Qurban Qurbanovdan məğlubiyyətə reaksiya
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
























.jpg)






