Yaxın Şərq
ABŞ-ın Türkiyə ilə bağlı addımı İsraildə çaxnaşma yaratdı: Sonumuz olacaq
Vaşinqtonun Türkiyə ilə bağlı addımı İsraildə çaxnaşmaya səbəb olub.
Publika.az xəbər verir ki, Təl-Əviv "əsl təhlükəni və ən böyük zəifliyi" etiraf edib.
“Milliyyet” yazır ki, İsrail mətbuatında "Türk Yürüşü"nə vurğu və "Netanyahudan qisas alınıb" iddiası pərdəarxası mübahisələrə səbəb olub.
Təqaüdçü leytenant-polkovnik Yaron Buskilanın müdafiə xəbərləri veb saytı olan IDSF-də dərc etdiyi təhlildə Türkiyənin Qəzza Sülh Komitəsindəki iştirakı ilə bağlı diqqətəlayiq ifadələr yer alıb.
Buskila təhlilində bildirib ki , "Qəzzada “ertəsi gün” haqqında danışmağa başladığımız anda Təl-Əvivin mübarizəsinin yeni başladığı aydın olur. ABŞ-ın Türkiyəni cəlb etmə prosesi, əlbəttə ki, neytral addım deyil. Bu, İsrailin gələcəyini formalaşdıran strateji təhlükədir".

Təqaüdçü leytenant-polkovnik Türkiyənin HƏMAS üzərində təsirə malik olduğunu bildirərək yazır: “Əsl təhlükə buradan başlayır. HƏMAS Türkiyəni dinləyir. Digər tərəfdən, Ankara beynəlxalq səviyyədə İsrailə qarşı sərt ritorikası ilə tanınır. Üstəlik, bölgəmizdə Türkiyənin rəhbərlik etdiyi “müsəlman oxu” böyüyür. Təl-Əviv küncə sıxışdırılıb və Netanyahu hökuməti bu vəziyyətdə həll yolu tapmalıdır. Əks təqdirdə, hər şey üçün çox gec ola bilər”.
Buskila, İsrailin bu proses boyunca səssiz qaldığını və Netanyahunun ABŞ prezidenti Donald Trampa qarşı passiv mövqe tutduğunu bildirərək, "Bu, bizim ən ciddi zəifliyimiz ola bilər. Trampın əmrlərinə tabe olmaqdan başqa bir şey edə bilmərik. Eyni zamanda, taleyimizin Ankaranın əlində olmasına icazə veririk. Dəfələrlə verdiyimiz bəyanatlara və bütün qırmızı xətlərimizə baxmayaraq, Türkiyənin Sülh Komitəsinə daxil edilməsi İsrailin siyasi arenada davam edən uğursuzluğunu əks etdirir" deyib.
Nəhayə , təqaüddə olan zabit öz təhlilində Təl-Əvivin tez bir zamanda hərəkətə keçməsinin vacibliyini vurğulayaraq yazıb: "Trampın planının bizim üçün strateji səhvə çevrilməsinin qarşısını almaq üçün sürətli, qətiyyətli və güzəştsiz bir düzəlişə ehtiyacımız var. Əks təqdirdə, bölgədəki Türk Yürüşü davam edəcək və tez bir zamanda hərəkət etməsək, bu, bizim sonumuz olacaq”.
Tural
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar


















.jpg)









.png)






