İdman
“Bakının təmiz olması və sakitliyi çox xoşuma gəlir” - Aubri
“Bakı mənə çox doğma gəlir”.
Publika.az xəbər verir ki, bunu “Abşeron”un basketbolçusu Aubri Makalpayn klubun mətbuat xidmətinə müsahibəsində deyib.
ABŞ-dan olan 35 yaşlı oyunçu komandasında özünü yaxşı hiss etdiyini bildirib:
“Hər şey yaxşıdır. Hər mənada bu şəhərdə rahatam”.
Daha əvvəl “Xəzri”də (hazırkı “Naxçıvan”) çıxış edən basketbolçu Bakı şəhərinin təmiz olduğunu söyləyib:
“Şəhərinizin təmiz olması və sakitliyi çox xoşuma gəlir. Özüm böyük şəhərdə böyüyən biri olaraq, bura mənim üçün möhtəşəm yer kimi gəldi. Bakıda bəyənmədiyim heç nə olmadı desəm, düz olar”.
Makalpayn Azərbaycan Basketbol Liqası barədə də danışıb:
“Çempionatın gedişatını bəyənirəm. Komanda sayının artması və əlavə arenaların olması, xüsusilə ev oyunlarımızı keçirmək üçün öz doğma zalımızın olması liqa üçün çox yaxşı məqamdır. Mən qrup mərhələsinin, yəni komandaların fərqli qruplarda yer almasının erkən olduğunu düşünürəm. Amma bu gedişata da uyğunlaşmağa çalışıram. Azərbaycan Basketbol Liqasının gələcəyi üçün görülən işlərə çox sevinirəm”.
-
İdman18:12"Qarabağ" PLANLARI AÇIQLADI - Yanvarın 3-dən 10-na kimi...
-
Sosial17:48Tovuzda toyu təxirə düşən 14 yaşlı qız danışdı - VİDEO
-
Sosial16:56Həbsdə olan sabiq məmurlar da azadlığa çıxacaq?
-
Sosial14:50Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
-
Sosial13:31Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
-
İdman13:08Azərbaycanlı müğənni Avropa çempionu oldu
-
Sosial12:516 ay çalışan işçiyə məzuniyyət verilməsi məcburi olacaq
-
MDB12:06Rusiyada məktəbə hücum: 10 yaşlı şagirdi öldürüb selfi çəkdi - VİDEO


































