İdman
Bu ölkədə ukraynalı basketbolçuları öldürənlərə hökm oxundu
Almaniyanın Essen vilayət məhkəməsi bu ilin fevralında Oberhauzen şəhərində ukraynalı basketbolçular Vladimir Yermakov və Artyom Kozaçenkonun qətli ilə bağlı iş üzrə hökm çıxarıb.
Publika.az DPA-ya istinadən xəbər verir ki, 4 yeniyetmə cinayəti törətməkdə təqsirli bilinib. Onlardan ikisi suriyalı, biri türk əsilli alman, digəri isə Almaniya və Yunanıstan vətəndaşıdır. Onlar 8,5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Bildirilir ki, bağlı qapılar arxasında keçirilən iclasda gənclərdən biri idmançılara bıçaqla hücum etdiyini, qalanları onları vurduqlarını etiraf edib. Hökm hələ qanuni qüvvəyə minməyib.
Yerrmakov və Kozaçenkoya hücum fevralın 10-da basketbolçular Düsseldorfa gedərkən baş verib. Yeniyetmələr Oberhauzen avtovağzalında idmançıları təqib etməyə başlayıblar və sonra onları bıçaqlayıblar. Yermakov hadisə yerində, Kozaçenko isə xəstəxanada ölüb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin heç bir səbəb olmadan hərəkət etdiyi bildirilib.
Heybət
-
İdman03:19Axtarışda olan MMA döyüşçüsü Azərbaycanda ələ keçdi
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı




































