İdman
“Ferrari” yeni bolidini təqdim etdi - VİDEO
İtaliyanın Formula-1 komandası “Ferrari” Maranelloda keçirilən yeni mövsümün təqdimatı çərçivəsində 2026-cı il üçün nəzərdə tutulan yeni bolidi – SF-26-nı nümayiş etdirib.
Publika.az xəbər verir ki, məhz bu avtomobildə Lyuis Hemilton və Şarl Lekler 2026-cı il mövsümündə çıxış edəcəklər.
İtaliya komandasının yenilənmiş bolidi tünd qırmızı rəngdə təqdim olunub. Avtomobilin özü də dəyişib. Uğursuz hesab edilən SF-25 modelini SF-26 əvəzləyib. KİV-in məlumatına görə, boliddə arxa asqı sistemi yenilənib ki, bu da maşının stabilliyini artırmalıdır. Bundan əlavə, döngələrə giriş zamanı ön təkərlərin yüklənməsi artıq arxa hissənin qeyri-sabit davranışına səbəb olmayacaq.
Xatırladaq ki, “Ferrari” ötən mövsümü Konstruktorlar Kubokunda 398 xalla dördüncü pillədə başa vurub. Komandanın pilotları Şarl Lekler və Lyuis Hemilton şəxsi hesablamada müvafiq olaraq 5-ci və 6-cı yerləri tutublar – 242 və 156 xal.
Introducing the SF-26. Our 2026 challenger pic.twitter.com/OMcIHjQx7p
— Scuderia Ferrari HP (@ScuderiaFerrari) January 23, 2026
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu






.jpg)






.webp)





















