İdman
Türkiyəli futbolçu Qurban Qurbanovun məşhur sitatı ilə paylaşım etdi - VİDEO
"Əl-Əhli" klubunun futbolçusu Merih Demiral "TikTok" sosial şəbəkə hesabındakı maraqlı paylaşımı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, türkiyəli futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun trend olan "bir onu deyə bilərəm ki, biz heç kimdən qorxmuruq, çəkinmirik" sitatının yer aldığı səslə video paylaşıb. Merih səsin foonunda "Yuventus"da çıxış etdiyi vaxtda komanda yoldaşları - Kriştiano Ronaldo, Leonardo Bonuççi və Alvaro Morata ilə birgə çəkilən fotosunu yerləşdirib.
Türkiyə millisinin üzvünün bu paylaşımı həm Azərbaycanda, həm də qardaş ölkədə böyük marağa səbəb olub və kütləvi şəkildə paylaşılıb.
Xatırladaq ki, Qurban Qurbanov dillərə əzbər olan sitatını 2021-ci ildə - Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin qalmaqallı AEL - "Qarabağ" matçından (1:1) sonra mətbuat konfransında deyib.
Həmin görüşdə tribunadan bir azarkeş təcrübəli mütəxəssisi türk dilində təhqir edib. Bu da Qurbanovun qəzəblənməsin səbəb olub. Bu hadisədən sonra yaranan insidentdə AEL futbolçuları, məşqçiləri, hətta rəqibin mətbuat xidmətinin rəhbəri Qurban Qurbanova təzyiq göstərib və hücum etməyə cəhd edib. Nəticədə hakimlərin və UEFA nümayəndəsinin qərarı ilə oyun dayandırılıb. Yalnız "Qarabağ"ın istəyindən sonra görüş qaldığı yerdən davam etdirilib.
Əlavə edək ki, Bakıda keçirilən cavab görüşündə 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi mərhələ adlayan tərəf olub.
Heybət
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)



.jpg)

.jpg)









.jpg)







