Mərakeş xələl gətirdi: DÇ-2030-un finalı bu ölkədə keçiriləcək
Bizi izləyin

İdman

Mərakeş xələl gətirdi: DÇ-2030-un finalı bu ölkədə keçiriləcək

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusan 2030-cu il Dünya Kubokunun final oyununun İspaniyada keçiriləcəyini bildirib.

İspaniya turnir Portuqaliya və Mərakeşlə birgə təşkil edəcək.

Publika.az xəbər verir ki, Lusan bu barədə yerli mətbuata danışıb.

“İspaniya uzun müddətdir ki, özünü yaxşı təşkilatçı kimi təsdiqləyib. O, 2030-cu il Dünya Kubokuna hazırlıq işlərinə rəhbərlik edəcək və turnirin finalına ev sahibliyi edəcək.

Möhtəşəm stadionları ilə Mərakeş, həqiqətən də, hər mənada transformasiya yaşayır. Görülən yaxşı işləri etiraf etməliyik. Eyni zamanda, Afrika Kubokunda dünya futbolunun imicinə xələl gətirən səhnələrin şahidi olduq”, – deyə Lusan bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm