İdman
Məşhur brend Messinin həyat yoldaşı ilə müqavilə imzaladı: "Bir ailə və üç zolaq"
“Adidas” şirkəti “İnter Mayami” nin və Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokutso ilə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, Leo brendin əsas ulduzudur. Anlaşmadan sonra xanımı da ona qoşulub. Bu anlaşma mediada və brendin pərəstişkarları arasında böyük səs-küyə səbəb olub.
"Adidas"la əməkdaşlığın ilk videosu Antonelanın "İnstaqram" səhifəsində paylaşılıb. Orada Antonela əsas dəyərlərindən danışır:
“Ana olmaq mənim üçün hər şey deməkdir. Uşaqlarım mənim dünyamdır və onlarla keçirdiyim hər anı dəyərləndirirəm. Sağlamlıq və rifah da vacibdir. Buna görə də idman edirəm və aktiv qalmağa çalışıram. Üstəlik, daim öyrənmək məni həmişə motivasiya edir”.
"Bir ailə və üç zolaq" - "Adidsa" bu şüar ilə Lionel və Antonelanın brendin məhsullarını reklam etdiyi postu paylaşıb.
Antonela artıq Messi kimi (40,1 milyon izləyici auditoriyası ilə) ən yaxşı influenserə çevrilib. Bir çox qlobal brendlər onunla əməkdaşlıq edirlər. Bunların siyahısına "Tiffany & Co", "Revolve", "Alo", "Lancome", "Spotify" və başqaları daxildir.
Heybət





-
Magazin207:15Məşhur aparıcı yıxılıb xəstəxanalıq oldu: ombası sınıb
-
Sağlamlıq05:45Uzunömürlülük üçün hansı yaşda nə etmək lazımdır?
-
Dünya04:30Netanyahu İranı yenə hədələdi: Görünməmiş güclə...
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi













.jpg)










.jpg)









