İdman
Sabiq PSJ-lidən qalmaqallı açıqlama: Bəlkə də, həyat yoldaşımı məndən çox bəyənib
"Real"ın, PSJ-nin və İspaniya milli komandasının keçmiş hücumçusu Jese Rodriges qalmaqallı müsahibə verib.
Publika.az xəbər verir ki, o, karyerasının ən çətin dövründən danışıb:
"İstəsəydim, "Real"da qalardım, amma PSJ-ni seçdim. Üstəlik, oyun vaxtım az idi və Parisdə daha çox oynayacağımı düşünürdüm. Unai Emeri orada məşqçi idi və mənə zəng edən də o idi. Unutmayın ki, mən Madriddə çox şey qazanmışam.
PSJ-dəki karyerama məhsuldar ötürmə ilə başladım. Lakin sonra appendisitimə görə iki ay meydandan kənarda qaldım. Yanvarda mənə dedilər ki, getməliyəm.
Emeriye dedim ki, özümü dolandırılmış kimi hiss edirəm. Prezident Nassir Əl-Xelaifi məni şəxsən görmək belə istəmədi. Bəlkə də həyat yoldaşımı (red - Aura Ruiz) məndən çox bəyənib.
Mənə heç bir izahat vermədilər. Çox pul qazana bilərdim, bəli, amma mənimlə çox, çox pis rəftar etdilər. Mən başa düşdüm ki, "Real" hər cəhətdən dünyanın ən yaxşı klubudur. PSJ-nin prezidenti isə milyardları olan və oyunçulardan istifadə edən bir adamdır".
Qeyd edək ki, Jese hazırda Malayziya çempionatında /"Yohor DT" klubunda oynayır və karyerası ərzində "Las Palmas", "Stok Siti", "Betis", "Sportinq", "Ankaragücü", "Sampdoria" və "Kuritiba" kimi klublarda çıxış edib.
Heybət

-
Qoroskop00:15Günün ULDUZ FALI - Onlar sizin tərəfinizdə olacaqlar
-
İdman27 Yanvar 23:48İtaliya klubu Maldininin oğlunu transfer etdi
-
Sosial27 Yanvar 23:00“Dedim, gəl toyu edək, qızı tapanda evlənərsən” - VİDEO
-
Sosial27 Yanvar 22:48Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI
-
Avropa27 Yanvar 22:36"Naməlum obyektlər" peyda oldu, hava limanına giriş bağlandı
-
Səhiyyə27 Yanvar 22:00Burun əməliyyatı HƏYATINI QARALTDI - Paytaxt sakini həkimi məhkəməyə verdi / VİDEO
-
Sosial27 Yanvar 21:00Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ
-
İdman27 Yanvar 20:48Yeddi futbol azarkeşinin öldüyü dəhşətli qəzanın VİDEOSU YAYILDI












.jpg)




.jpg)















