Yaxın Şərq
İsraildə “əsir taymeri” dayandırıldı
Təl-Əvivdə İsrail girovlarının Qəzza sektorunda əsirlikdə keçirdikləri hər bir saniyəni sayan taymer dayandırılıb.
Publika.az xəbər verir ki, bu barə “RİA Novosti” məlumat yayıb.
Saat fəalların və girovların yaxınlarının iştirakı ilə dayandırılıb. Ümumilikdə taymer 843 gün və 12 saat işləyib. Tədbirdə çıxış edən sonuncu azad edilmiş İsrail vətəndaşı Rana Qvili-nin bacısı olub.
“2014-cü ildən bəri ilk dəfə olaraq bu səhər Qəzzada bir dənə də olsun girov olmadan oyandıq. Saatı dayandırmağın vaxtıdır”, - deyə Girov Ailələri Forumunun nümayəndələri bildiriblər.
Ötən gün İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında əsir götürülmüş sonuncu israilli əsir mayor J.Ran Qvilinin şəxsiyyətinin müəyyən edilərək cəsədinin geri qaytarıldığını elan edib. İDF-nin məlumatına görə, birinci dərəcəli çavuş 7 oktyabr 2023-cü ildə 24 yaşında döyüşdə həlak olub. O, İsrail Polisinin xüsusi təyinatlı qüvvələrində xidmət edib.
2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Qəzza konfliktinin həllinə dair sülh planının birinci mərhələsi üzrə razılaşmalar imzalayıb. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, bu, bütün girovların “çox tezliklə” azad olunması və İsrail qoşunlarının razılaşdırılmış xəttlərə geri çəkilməsini nəzərdə tutur.
2025-ci il oktyabrın 13-də Tramp İsrail parlamentində çıxışı zamanı Qəzza konfliktinin başa çatdığını elan edib.
Hüseyn İbadlı
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar












.jpg)






.jpg)







.png)








