Nida Təhlil
İran üçün “dialoq və hücum” ssenarisi - Rejim təslim olacaqmı?
ABŞ prezidenti Donald Tramp İranla bağlı vəziyyətin dəyişdiyini, Tehranın “razılaşma axtardığını” deyib. İran ətrafında yerləşdirilən hərbi qüvvənin Venesuela yaxınlığındakı qüvvələrdən daha çox olduğunu deyən Tramp bildirib ki, “diplomatiya yolu açıqdır, onlar (İran) razılığa gəlmək istəyirlər, dəfələrlə zəng ediblər”.
“USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinin İran zonasına çatdığı vaxt Trampın verdiyi bu açıqlama Vaşinqtonun iki mərhələli planının olduğu fikrini önə çıxarır.
İlkin mərhələdə hədəf danışıqlar masasında rejimin təslim edilməsidir.
- İran nüvə raket və nüvə proqramından, eləcə də proksi qüvvələri dəstəkləməkdən imtina edir;
- Ölkədə idarəçilik müəyyən qədər olsa da, dünyəvi sistemə keçir, mövcud rejim vitrindən çəkilir;
Tehranın qarşısına qoyulan tələbləri bu kontekstdə qiymətləndirmək olar. İran ətrafına qüvvələrin toplanmasının ilkin hədəfi də rejimi masada təslim olmağa məcbur etməkdir. Rəsmi Tehran hərbi müdaxilənin qarşısını almaq, İranın bütövlüyünü saxlamaq və rejimin imicini xilas etmək məqsədilə masaya əyləşə bilər. Vaşinqtona dialoq mesajı göndərənlərin rejim daxilində müzakirə tərəfdarı olan müəyyən qrupun olması da istisna edilməməlidir. Hərçənd, İran rejiminin xarakteri ABŞ-ın radikal tələblərini qəbul edəcəkləri ehtimalını azaldır, bu baxımdan, “dialoq istəkləri” daha çox zaman qazanmaq məqsədi kimi görünür. Bunu anlayan Vaşinqtonun “dialoq və hücum” taktikasını tətbiq etməsi mümkündür:
a) Müzakirələr başlaya, İran tələblər qarşısında tərəddüd edəcəyi təqdirdə, zərbələr endirilə endirilə bilər;
b) Masada tərəddüd edən İranın təslim olması üçün ilk hücum kiçikmiqyaslı ola və konkret hədəflərə – hərbi-siyasi rəhbərlik, eləcə də hərbi strukturlar, yönələ bilər;
c) İrana hərbi müdaxilənin miqyasının rejimin seçimindən – təslim olması, yaxud müqavimət göstərməsindən asılı olacağı görünür: rejimin dirənməsi genişmiqyaslı hücumu şərtləndirəcək;
İrana genişmiqyaslı müdaxilə ssenarisində proksi qüvvələrə qarşı paralel əməliyyatın keçiriləcəyi də gözləniləndir.
Asif Nərimanlı
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək



























.jpg)
.jpg)






