İdman
FIFPRO ilin komandasını açıqladı: Ronaldodan sonra Messi də...
"İnter Mayami" və Argentina millisinin kapitanı Lionel Messi 18 ildən sonra ilk dəfə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPRO) komandasına daxil edilməyib.
Publika.az xəbər verir ki, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPRO) oyunçuların seçimi əsasında ilin simvolik komandasını təqdim edib. 11 nəfərlik heyətə 2023/24 mövsümündəki çıxışlarına görə həmkarlarından ən çox səs toplayan oyunçular daxil edilib. Səsvermədə 21 266 futbolçu iştirak edib. Messi 2006-cı ildən sonra ilk dəfə heyətdə yer almayıb.
"Əl-Nəsr"in və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo isə ardıcıl ikinci dəfə simvolik komandaya daxil edilməyib.
FIFPRO-ya görə 2023/24 mövsümünün simvolik komandası
Qapıçı: Ederson ("Mançester Siti", Braziliya).
Müdafiəçilər: Daniel Karvaxal ("Real", İspaniya), Antonio Rudiger ("Real", Almaniya), Vircil van Deyk ("Liverpul", Niderland).
Yarımmüdafiəçilər: Kevin De Bruyne ("Mançester Siti", Belçika), Rodri ("Mançester Siti", İspaniya), Toni Kroos ("Real", Almaniya), Cud Bellinqem ("Real", İngiltərə).
Hücumçular: Kilian Mbappe (PSJ/"Real", Fransa), Erlinq Haaland ("Mançester Siti", Norveç), Vinisius Junior ("Real", Braziliya).
Heybət

-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj











.jpg)


.jpg)
















.jpg)


