İdman
Xokkeyçi bu ölkədə Rusiyaya casusluq edirmiş: “Putinin sevgililəri” qrupunda olub
“Zaqlembe” komandasının 21 yaşlı rusiyalı keçmiş hokkeyçisi Maksim Sergeyev etiraf edib ki, Polşa klubunda oynayarkən Rusiyaya casusluq edib.
Publika.az xəbər verir ki, Maksim hələ 2023-cü ilin iyununda Polşa Gənclər Hokkey Liqasında “Zaqlembe”də çıxış edərkən Polşa polisi tərəfindən casusluqda şübhəli bilinərək saxlanılıb. 21 yaşlı gənc günahını etiraf edib. Onu üç ilə qədər həbs gözləyir.
“Sports Network” jurnalisti Rik Vesthead yazır ki, 19 yaşlı Sergeyev “Telegram” mesajlaşma proqramında FSB agenti tərəfindən ələ alınarkən evə çatdırılma şirkətində işləyən kasıb bir gənc olub.
Sergeyev Avropa və Şimali Amerikada “Putinin sevgililəri” adlandırılan bir neçə rus hokkeyçisi ilə qrup söhbətlərində olub. FSB agenti əvvəlcə Maksimdən kriptovalyuta müqabilində sosial mediada sadəcə siyasi mesajlar yerləşdirməyi xahiş edib. Daha sonra isə onun üçün Polşada hərbi texnika fabrikinə baxan bir mənzil kirayələnib.
“L’Équipe”nin yazdığına görə, Sergeyev həbs olunduğu vaxt onun noutbukunda rusiyalı terrorçu yarımhərbi qruplaşma olan “Vaqner”ə aid sənədlər olub.
Heybət
-
Sağlamlıq05:45Uzunömürlülük üçün hansı yaşda nə etmək lazımdır?
-
Dünya04:30Netanyahu İranı yenə hədələdi: Görünməmiş güclə...
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi











.jpg)

.jpg)











.jpg)









