Sosial
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - FOTO
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.
Publika.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fotolarda həmin görüş zalında sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib.
İcra başçısının keçirdiyi görüş zalında istilik olmaması və buna görə oturduğu masanın arxasına elektrik qızdırıcılarının qoyulması müzakirələrə səbəb olub.
Maraqlıdır ki, görüşdə sakinlər tərəfindən elə elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli kimi bir neçə müraciət səsləndirilib. Əksər vətəndaşlar otaqda gödəkçə ilə əyləşiblər.
Qeyd edək ki, görüş 8 yanvar tarixində keçirilib.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu gün fürsət qapıları açılacaq.
-
Sosial00:00
Ukrayna Ordusunun əslən azərbaycanlı hərbçisi yaralandı
-
ABŞ16 Yanvar 23:48
Trampdan sürdüyü zibil maşını ilə bağlı MARAQLI QƏRAR
-
Hadisə16 Yanvar 23:36
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
-
Magazin216 Yanvar 22:48
Məşhur kinorejissor ağciyər xəstəliyindən VƏFAT ETDİ - FOTO
-
Hadisə16 Yanvar 22:36
FHN Sumqayıtdakı dəhşətli qəza ilə bağlı MƏLUMAT YAYDI
-
Magazin116 Yanvar 22:24
Manaf Ağayevdən gündəmi zəbt edən sözləri barədə AÇIQLAMA
-
Səhiyyə16 Yanvar 21:36
BSM-dən Manaf Ağayevin Çimnazla bağlı dediklərinə SƏRT REAKSİYA