İdman
Yusuf Dikeç müsahibə üçün görün nə qədər pul tələb edir
Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarından sonra əfsanəyə çevrilən 52 yaşlı türk atıcı Yusuf Dikeç müsahibə üçün pul tələb etməyə başlayıb.
Publika.az xəbər verir ki, Fransanın "L"equipe" qəzeti idmançının müsahibə üçün onlardan 30 min avro istədiyini iddia edib.
Məlumata görə, Yusuf Dikecin digər tələbləri isə belədir: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu özündə saxlamaq.
Dikeçin nümayəndəsi Mehmet Ali Akgül məsələyə aydınlıq gətirib. O, iddiaları təkzib etməyib.
"Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil"- deyə Akgül bildirib.
Xatırladaq ki, Yusuf Dikeç Paris-2024 Yay Olimpiya Oyunlarında hədəfi əli cibində nişan alaraq vurduğu üçün günlərlə müzakirə edilmişdi.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
























.jpg)














