İdman
İkardi yeni sevgilisi haqda paylaşım etdi: Vanda Naraya onunla xəyanət edib? - FOTOLAR
“Qalatasaray” klubunun hücumçusu Mauro İkardi şəxsi həyatı ilə bağlı söz-söhbətlərə və spekulyasiyalara son qoymaq qərarına gəlib.
Publika.az xəbər verir ki, argentinalı futbolçu həmyerlisi, aktrisa, müğənni və model Çina Suareslə münasibətini rəsmən təsdiqləyib.
İkardi “İnstaqram”da yeni sevgilisi ilə birgə fotolarını yayımlayıb. O ,tale və sevgi haqqında emosional mətn də yazıb. Futbolçu paylaşımında gözlənilməz qarşılaşmaların həyatı sonsuza qədər dəyişə biləcəyi ilə bağlı fikirlərini bölüşüb:
“Deyirlər ki, ən yaxşı hekayələr heç gözləmədiyin anda başlayır… Kim bilir… Bu, taleyin işidir… O tale ki, nə qədər vaxt keçsə də, iki insanı bir araya gətirmək üçün həmişə yol tapar. Nə vaxtdan keçdiyiniz yollar var…”, – deyə İkardi yazıb.
Onların tanışlıq hekayəsi fanatlar və media arasında əsl sensasiya yaradıb. Məlumdur ki, nikahda olduğu Vanda Naradan ayrıldıqdan sonra İkardi uzun müddət sevgi mövzularının müzakirəsindən kənarda qalıb. Lakin Çina Suarezlə yeni münasibət əsl sensasiyaya çevrilib.
Argentinalı aktrisa və müğənni də futbolçuya olan hisslərini gizlətmir. Cütlüyün pərəstişkarları artıq hekayələrini “taleyin görüşü” adlandırdılar və sosial şəbəkələrdə yeni münasibətləri fəal şəkildə dəstəkləyirlər.
Qeyd edək ki, media uzun müddətdir İkardini Suareslə əlaqələndirir və Nara keçmiş sevgilisinin bu qızla xəyanət etməsindən şübhələnib. Bu hadisə məşhur cütlüyün dağılması istiqamətində ilk addım olub.
Посмотреть эту публикацию в Instagram
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ












































