Sosial
Alimlər xəbərdarlıq edir: Bu gün aktivdir, sabahdan isə…
Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Publika.az-a verilən xəbərə görə, günəş səthində aktiv oblastlar hesabına bu gün və sabah X sinif alışmaların olması ehtimal olunur.
Qeyd olunub ki, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.
Bu gün Günəş küləyinin artması gözlənilir. Bunun yanvarın 18-də Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabına olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22-si günün sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.
Geomaqnit sahə bu gün aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Sabah geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək. Bu gün geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək





































