İdman
Alonso İngiltərə nəhəngini çalışdıracaq?
İspaniyalı mütəxəssis Xabi Alonso məşqçilik karyerasını İngiltərənin "Tottenhem" klubunda davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Bildirilir ki, "Tottenhem" sabiq "Real" baş məşqçisini Tomas Frankın yerinə namizəd olaraq nəzərdən keçirir. Frankın yaxın günlərdə vəzifəsindən azad olunacağı gözlənilir.
Onunla maraqlanan digər klublar arasında İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti", həmçinin Almaniyanın "Ayntraxt" komandası da var.
Qeyd edək ki, Premyer Liqada 22 turdan sonra "Tottenhem" 27 xal toplayaraq turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Son turda evdə "Vest Hem"ə 1:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Alonso "Real"ın baş məşqçisi vəzifəsindən İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlubiyyətdən sonra azad edilib və tərəflər qarşılıqlı razılıqla əməkdaşlığı dayandırıb.
Heybət
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək






































