İdman
Mbappe ona mesaj yazıb, amma hələ cavab almayıb
“Real Madrid”in hücumçusu Kilian Mbappe Afrika Millətlər Kubokunun finalında Seneqalla oyunda (0:1) 90-cı dəqiqədə penaltini qaçıran komanda yoldaşı, Mərakeş yığmasının hücumçusu Brahim Diası dəstəkləyib.
Publika.az xəbər verir ki, Mbappenin sözlərini “L’Équipe” sitat gətirib.
“Ona mesaj göndərdim, amma hələ cavab almamışam. Gecənin yarısını Əşrəflə (Hakimi) telefonda keçirdim və nə baş verdiyini dəqiq bilirəm. Çətindir.
Onun hazırda özünü necə hiss etdiyini başa düşürəm. Mən özüm də bunun öhdəsindən gəlmişəm (Mbappe Avro 2021-in 1/8 finalında İsveçrə ilə oyunda həlledici penaltini vura bilməyib). Təbii ki, o, məyusluq, qəzəb hiss edir…
Mərakeş xalqı bunu illərdir gözləyirdi və onlar bu kuboku qazanmağa çox yaxın idilər. Amma bu, futbolçunun həyatıdır, ona kömək etməliyik. İdmançı haqqında düşünməzdən əvvəl insan haqqında düşünməliyik, onu dəstəkləmək bizim üçün çox vacib olmalıdır”, - deyə Mbappe qeyd edib.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək





































