Yaxın Şərq
İsrail 110 fələstinli məhbusu AZAD ETDİ
Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində 110 fələstinli məhbus İsrail həbsxanalarından azad edilib.
Bu barədə Publika.az fələstinli məhbusların işləri üzrə idarəyə istinadla xəbər verir.
“110 fələstinlidən ibarət üçüncü məhbus qrupunun azad edildiyini məmnuniyyətlə elan edirik. Buraya ömürlük azadlıqdan məhrum edilmiş 32 nəfər, uzunmüddətli cəza çəkən 48 nəfər və 30 yetkinlik yaşına çatmayan şəxs daxildir”, - deyə idarədən bildirilib.
Yanvarın 30-da israilli girovlar Arbel Yehud və Gadi Moses "İslami Cihad tərəfindən Qəzzanın cənubundakı Xan Yunisdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib. İki israillidən əlavə, HƏMAS beş Tayland vətəndaşını da azad edib.
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında israilli girovların Qırmızı Xaça təhvil verilməzdən əvvəl qəzəbli fələstinli izdihamının arasından aparılaraq təhvil verilməsinin "şok səhnələri" kimi təsvir edib. O, vasitəçilərdən bunun bir daha təkrarlanmamasını təmin etməyi və bütün girovların təhlükəsizliyini təmin etməyi tələb edib.
Daha sonra Netanyahu Təl-Əvivin HƏMAS yaraqlıları tərəfindən azad edilən girovlar üçün təhlükəsizlik zəmanəti alana qədər fələstinli məhbusların azad edilməsinin müvəqqəti dayandırılmasını əmr edib.
Hüseyn İbadlı
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi




























.webp)
.jpg)









