Çempionlar Liqasında "qol yağışı": 55 il sonra
Bizi izləyin

İdman

Çempionlar Liqasında "qol yağışı": 55 il sonra

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda 21-ci əsrdə məhsuldarlıq üzrə turnir rekordu müəyyən edilib.

Publika.az xəbər verir ki, 18 matçda qapılara 64 qol vurulub.

"Opta"nın məlumatına görə, bu? turnir tarixində ikinci ən yaxşı göstəricidir. Rekord 1970-ci ildə yarış Avropa kuboku adlanan zaman qeydə alınb. Həmin vaxt bir oyun günündə 16 oyuna 66 qol vurulub.

Həmçinin Çempionlar Liqasının ümumi mərhələsinin 144 oyununda 470 qol vurulub ki, bu da son 6 il üzrə ən yaxşı orta göstəricidir - 3,26 qol.

Keçən mövsümdə bu dəyər 3,08, 2022/23 mövsümündə 3,15, 2021/22 mövsümündə 3,09, 2020/21 mövsümündə 3,01, 2019/20 mövsümündə isə 3,21 qol olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm