Nəqliyyat
Neftçilər prospektində niyə xaos yaşanır? - VİDEO
"Baku" TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Publika.az xəbər verir ki, bu dəfə paytaxtın Neftçilər prospektində sürücüləri narahat edən problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Neftçilər prospektində avtobus zolağından irəlidə, üzü 8 Noyabr prospekti istiqamətində 5.9 nişanı yoxdur, lakin zolaq var. Bu isə o deməkdir ki, günün pik saatlarında sürücülər həmin zolaqdan istifadə edə bilərlər.
Əgər bu nişanı görmürsünüzsə, yerdə çəkilən zolağın heç bir əhəmiyyəti yoxdur.
Vurğulanıb ki, Neftçilər prospektindən üzü Yusif Səfərov küçəsinə gedən istiqamətdə 5.9 nişanı ictimai nəqliyyat - avtobuslar üçün çəkilən zolaqdan 20 metr sonra qoyulub.
Yəni sürücülər 20 metr məsafəni həmin zolağa daxil ola bilərlər. Lakin çıxış üçün icazə yoxdur.
Bu isə o deməkdir ki, sözügedən zolağı bir az irəlidən başlatsaydılar, daha məqsədəuyğun olardı.
Ətraflı süjetdə:
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi






































