İdman
Abramoviç İngiltərəyə görün nə qədər vergi ödəyib
“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç İngiltərəyə investisiyalar üçün təxminən 1 milyard funt-sterlinq vergi ödəyib.
Publika.az xəbər verir ki, bu barədə BBC sızan sənədləri öyrəndikdən sonra məlumat verib.
Sızdırılan sənədlər göstərir ki, Roman Abramoviç Britaniyanın Vircin adalarında yerləşən “Keygrove Holdings Ltd” vasitəsilə 1990-cı illərin sonu və 2020-ci illərin əvvəlləri arasında Qərb hedcinq fondlarına təxminən 6 milyard dollar sərmayə qoyub. Bu investisiyalar ona təxminən 3,8 milyard dollar gəlir gətirib.
Bu sxemdə əsas rolu Britaniyanın Vircin adalarından olan şirkətlər adından investisiyaları idarə edən “Çelsi”nin keçmiş direktoru Yevgeni Svidler oynayıb. Böyük Britaniyada yaşayan və Britaniya vətəndaşlığına malik olan Şvidler geniş səlahiyyətlər alıb. Şirkətlər Böyük Britaniyada bir şəxs tərəfindən idarə olunduğu üçün qazancdan sanki Böyük Britaniya şirkəti kimi vergi tutulub.
Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi”nin sahibi olub. 2022-ci ildə rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyalardan sonra iş adamı ingilis klubunu satmalı olub.
-
Hadisə08:20
İsmayıllı rayonunda zəlzələ oldu
-
Sağlamlıq06:46
Qocalmaq istəməyənlər bu GİLƏMEYVƏDƏN YESİNLƏR - FOTO
-
Magazin105:45
“Bizdə internet benzin qiymətinə qalxıb” - VİDEO
-
Region04:14
İranda dəhşətli qətl: Qadın atası və qardaşı tərəfindən...
-
İdman02:12
UEFA Avropa Liqasında bu gün nələr baş verdi?
-
İdman01:56
"Qarabağ" yenə məğlub oldu - YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Böyük risklərdən çəkinin
-
Nəqliyyat30 Yanvar 23:24
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır