Nida Xəbər
Ombudsman “Human Rights Watch” təşkilatına açıq məktub ünvanladı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) təşkilatının icraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb.
Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində rəsmi Bakıya qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etidirildiyi bildirilib.
Eyni zamanda, HRW-nun öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralel hesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrə əsaslandığı qeyd edilib, habelə təşkilatın hesabatında qeyd edilən bir sıra şəxslərlə Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin görüşdüyü, onlara qarşı heç bir işgəncə və ya pis rəftar faktının aşkar edilmədiyi bildirilib.
Məktubda Azərbaycanın ev sahibliyi etdiyi, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində effektiv müzakirələrin həyata keçirildiyi COP29 çərçivəsində iqlim dəyişmələri nəticəsində baş vermiş fəsadların aradan qaldırılması məqsədilə mühüm qərarların qəbul edilməsinə baxmayaraq, HRW-nun öz hesabatında aktual problemlər üzrə əldə olunan bu uğurları nəzərə almadığı diqqətə çatdırılıb.
Eyni zamanda, məktubda Azərbaycanın uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalması, nəticədə bir milyondan çox azərbaycanlının fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, işğala son qoyulduqdan sonra keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışının bərpası istiqamətində görülən işlər, insanların həyat və sağlamlığına mühüm təhdid yaradan mina problemi, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan zorla qovularaq qaçqın düşməsi faktlarının hesabatda nəzərə alınmadığı və nəticədə Azərbaycana qarşı ikili standartların nümayiş etdirildiyi bildirilib.
Ombudsman “Human Rights Watch” təşkilatını öz hesabatlarını hazırlayarkən qərəzsiz yanaşma sərgiləməyə, ədalətli olmağa və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.
-
ABŞ11:00
Tramp Putinlə bağlı bu suala cavab verməkdən İMTİNA ETDİ
-
ABŞ10:12
ABŞ-ın Qrenlandiyanı işğal etmək istəyinin əsl səbəbi bəlli oldu: Görün nədən qorxurlar
-
Hadisə09:54
Sürücü infarkt keçirdi, avtobus qəzaya düşdü - Anbaan VİDEO
-
Region09:12
İran Ermənistana “qardaş payı” göndərdi: 13 nəfər həbs edildi
-
Hadisə08:20
İsmayıllı rayonunda zəlzələ oldu
-
Sağlamlıq06:46
Qocalmaq istəməyənlər bu GİLƏMEYVƏDƏN YESİNLƏR - FOTO
-
Magazin105:45
“Bizdə internet benzin qiymətinə qalxıb” - VİDEO
-
Region04:14
İranda dəhşətli qətl: Qadın atası və qardaşı tərəfindən...