İdman
"Qarabağ" - 7 il və 261 gündən sonra
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.
Publika.az xəbər verir ki, Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub. Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.
Peşəkar Futbol Liqasının məlumatına görə, “Qarabağ” sonuncu dəfə ötən mövsümün “Turan Tovuz”la görüşündə 3 qol buraxmışdı. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.
Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/18 mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.
Heybət
-
Rəsmi xronika15:19
Prezidentdən Polad Bülbüloğlu ilə bağlı sərəncam
-
Sosial14:20
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... - ŞOK TƏFƏRRÜAT
-
Region13:20
İrəvan metrosunda insident: Ermənistanı qorxuya salan 5 nəfər əcnəbi sərhəddə saxlanıldı
-
Nida Xəbər 12:59
Milli Məclisdə skandal: Spiker deputata irad bildirdi
-
Dünya12:08
Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd "F-16" göndərir
-
Hadisə11:32
DTX və DİN 8 nəfəri belə məhv etdi - VİDEO
-
ABŞ11:00
Bu təşkilat dəli radikallar tərəfindən idarə olunurdu - Trampdan sensasion iddia
-
MDB10:48
İngiltərəli muzdlu Ukrayna müharibəsində öldürüldü: Cəmisi 18 yaşı vardı