Səmədov Azərbaycan millisini seçməməsindən danışdı
Bizi izləyin

İdman

Səmədov Azərbaycan millisini seçməməsindən danışdı

Rusiya millisinin sabiq futbolçusu, əslən azərbaycanlı olan Aleksandr Səmədov vaxtilə Azərbaycan yığmasını seçməməsinə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “RB Sport”a açıqlamasında qərarından peşman olmadığını bildirib:

“AFFA-dan zəng gəldi, amma mən bu qərarı verdim. Çoxdan olmuşdu, hətta təfərrüatları belə xatırlamıram. Rusiya millisinin heyətində iki dünya çempionatında, Avropa çempionatında və Konfederasiyalar Kubokunda iştirak etmişəm. Bunu yalnız xəyal edə bilərsiniz. Bu qərarıma necə peşman ola bilərəm? Axı, Rusiyada doğulmuşam”.

Qeyd edək ki, Aleksandr Səmədov 2011-2018-ci illərdə Rusiya millisinin formasını geyinib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm