İdman
AFFA “Turan Tovuz”un stadionla bağlı iradına belə cavab verdi
Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Şamaxı” – “Turan Tovuz” matçının baş tutacağı stadionla bağlı Tovuz təmsilçisinin etirazına AFFA cavab verib.
Publika.az xəbər verir ki, qurumdan verilən məlumatda oyunun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadionun qardan təmizləndiyi və oyuna hazır vəziyyətə gətirildiyi qeyd edilib:
“Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır. “Turan Tovuz” PFK-nın “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimləri ilə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir”.
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız
-
Hadisə00:27Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanalıq oldu - Yeniləndi
-
ABŞ20 May 22:32Tramp arzusunu açıqladı: 2032-ci ilə qədər...

































