18 yaşlı futbolçu öldürülüb?
Bizi izləyin

İdman

18 yaşlı futbolçu öldürülüb?

18 yaşlı futbolçu öldürülüb?

Ukraynanın “Taym Kovel” uşaq-gənclər futbol klubunun yetirməsi Aleksandr Şvorak Almaniyada faciəvi şəkildə dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“2007-ci il təvəllüdlü tləbəmiz Aleksandr Şvorak faciəvi şəkildə dünyasını dəyişib. Dostlarına və yaxınlarına başsağlığı veririk. Dəfn mərasiminin tarixi və vaxtı daha sonra açıqlanacaq”, – deyə klub sosial şəbəkələrdə yazıb.

18 yaşlı futbolçu Polşada yaşasa da, Almaniyaya, yəni Berlin şəhərinə səfər etmək qərarına gəlib. Ölümün dəqiq səbəbi məlum olmasa da, Aleksandrın öldürüldüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm