İdman
AFFA-da ciddi dəyişikliklər olacaq: Rəsmən açıqlandı
"AFFA-nın hazırkı strukturu tələblərə cavab vermir".
Publika.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında bildirib. O, Azərbaycan futbolunun hazırkı durumunun yaxşı olmadığını bildirib:
"Əsas millimizin nəticələri hamımızı üzür. Avropa futbolunda autsayderlər sırasındayıq. Bu vəziyyətdən çıxmalıyıq. Bunun üçün İnkişaf Strategiyası qəbul olundu. Düzgün plan uğurlu işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik işimizə çevrilib. AFFA-da kadr çatışmazlığı var. Müasir futbol idarəçiliyi qarşımıza ciddi tələblər qoyur. Ona görə AFFA-nın strukturunda ciddi dəyişikliklər olacaq. Hər şeyi sıfırdan başlamalıyıq. Yalnız bunu gerçəkləşdirməklə, strategiyanı həyata keçirmək olar. Bundan ötrü xüsusi qrup yaradılacaq".
Baş katib uşaq futbolunda ciddi problemlərin olduğunu etiraf edib:
“Bunun üçün yaxşı infrastruktur lazımdır. Hazırda bir nömrəli problem məşqçi qıtlığıdır. 10 milyonluq ölkə üçün cəmi 7 təlimçimiz və qapıçı üzrə 1 instruktorumuz var var. Ona görə təlimçi yetişdirməliyik. Halbuki 4 milyonluq Xorvatiyada 145 belə mütəxəssis çalışır. Bunun üçün müəyyən vaxt lazımdır. AFFA tərəfindən təkliflər paketi hazırlanıb müvafiq qurumlara təqdim olunacaq”.
Heybət
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır























.jpg)











