Yaxın Şərq
Pezeşkianın təyyarəsi Əlcəzairdə texniki eniş etdi
İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Əlcəzairin Beynəlxalq “Huari Bumidin” hava limanına texniki eniş edib.
Publika.az xəbər verir ki, bu barədə Əlcəzairin dövlət televiziyası məlumat verib.
Məlumata görə, İran Prezidentini hava limanının fəxri salonunda Əlcəzairin daxili işlər, yerli icmalar və nəqliyyat naziri Səid Səyud, eləcə də xarici işlər nazirinin xaricdə yaşayan milli icma üzrə dövlət katibi Sufyan Şayib qarşılayıb.
Dövlət televiziyası təyyarənin Əlcəzairə hansı istiqamətdən gəldiyi və növbəti təyinat məntəqəsi barədə məlumat verməyib. Təyyarənin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka uçduğu ehtimal edilir.
İran Prezidentinin Əlcəzairdə texniki dayanacağının müddəti və onun növbəti uçuşunun vaxtı barədə hələlik məlumat açıqlanmayıb.
-
İdman22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü








































