Kapitan "Bayer"i tərk edir - RƏSMİ
Bizi izləyin

İdman

Kapitan "Bayer"i tərk edir - RƏSMİ

Kapitan "Bayer"i tərk edir - RƏSMİ

"Bayer Leverkuzen"in müdafiəçisi və kapitanı Conatan Ta 2024/25 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə "Kicker" nəşrinə açıqlama verib:

"Müqaviləmi yeniləməmək və burada qalmamaq qərarına gəldim. Bu barədə açıq danışmışam. Klub bunu bilir".

29 yaşlı almaniyalı futbolçunun "Bayer"lə müqaviləsi iyunun sonunda başa çatır. Müdafiəçi 2015-ci ildən "asprinlər"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Heybət

Bayern Munich and Barcelona in hot pursuit of Jonathan Tah | soccer

Oxumağa davam et
Reklam
Reklam

Gündəm