İdman
Futbol şərhçisi
Az sonra efirimizdən canlı olaraq İngiltərə Primyer Liqasından “Çelsi” – “Quins Park Rangers” (QPR) oyununu izləyə biləcəksiniz. Qeyd edim ki, oyuna bizim kanalın Ay üzərində yerləşdirilmiş 4 milyon dollar dəyəri olan antennasının köməyi ilə baxacaqsınız.
Futbol mütəxəssislərinin proqnozlarına görə, bu oyundan qalib ayrılan komanda “Çelsi” olacaq. Bu arada diqqətinizə çatdırım ki, iki dəqiqə əvvəl oyun başladı və oyun başladıqdan bir dəqiqə sonra hesab açıldı. Sturicin ilk dəqiqədə atdığı qol “Çelsi”nin xeyrinə hesabı dəyişdirdi. Qolun təkrarı göstəriləcək.
Gördüyünüz kimi, proqnozlar özünü doğruldur. “Çelsi” artıq ilk dəqiqədən öndədir. Oyun Stamford Bridc stadionunda əlli mindən çox azarkeşin çoşqusu ilə müşayiət olunur. Bu stadionda maksimal tamaşaçı sayı 1956-cı ildə qeydə alınıb. Həmin il 86 min tamaşaçı bu rekorda imza atıb.
“Çelsi” futbol klubunun tarixinə nəzər salsaq bu uğurların təsadüf olmadığını görərik. “Çelsi” futbol klubu 1905-ci ildə Londonda qurulub. Lakin tarixinin ən önəmli qalibiyyətini 1955-ci ildə liqada çempion olmaqla sərgiləyib.
1960-1970-ci illər “Çelsi” futbol klubunun tarixində bir çox qələbələrlə yadda qalıb. Lakin daha sonra bu klubda zəifləmə başlayıb. Uzun sürən eniş nəhayət son onillikdə yüksəlişlə əvəzlənib.
Elə indicə, hörmətli tamaşaçılar və “Çelsi” tərəfdarları, gördüyünüz kimi Con Terri mükəmməl bir zərbə ilə komandasının ikinci qolunu vurdu. Bu da qolun təkrarı, əslində mükəmməl qol demək olmaz buna, sadəcə rəqib komandanın xətasindan istifadə edib topu asanlıqla qapıdan keçirməyə müvəffəq oldu.
Qeyd edim ki, Con Terri 2006-cı ildə futbol üzrə İngiltərədə ilin adamı seçilmişdi. Mən topladığım məlumatları oxuduğum üçün qolun təfərrüatlarını görə bilməmişdim. Indi oyun yenidən davam edir və mən sizlərə, hörmətli azarkeşlər, “Çelsi” komandasının yüksəliş dövrü haqqında məlumat verim.
Aha, Torres, Torres qapıya yaxınlaşdı, rəqib müdafiəçilərdən sıyrıldı və qooooollll!!! Torres özünün birinci, komandasının isə bu oyunda üçüncü qolunu vurdu. Affərin Torres. Mən oyun başlayanda demişdim ki, futbol mütəxəssisləri QPR və “Çelsi”nin şanslarını bərabər qiymətləndirsələr də “Çelsi”nin şansını daha yüksək qiymətləndirirəm. Mənim proqnozlarım özünü doğruldur və artıq oyunun 19-cu dəqiqəsində “Çelsi” 3-0 öndədir.
Onu deyə bilərəm ki, 2005-2006-cı illərdə liqdə çempion olan “Çelsi” 2010-cu ildə həm liqa çempionu, həm də kubokun sahibi oldu. Bu qələbələr “Çelsi” tərəfdarlarını nikbinləşdirdi və yaşlı nəslin sevincinə səbəb oldu. İki dəqiqə öncə oyunun 25-ci dəqiqəsində Torres yeni bir qola imza atıb, komanda indi 4-0 öndədir. Qolun təkrarını izləyək. “Çelsi” bombardirliyini davam etdirir.
İndi isə sizlərə “Çelsi” klubunun harada qurulmasından danışmaq istəyirəm. Bu olduqca maraqlı və diqqətçəkən məqamdır...
...Birinci hissə başa çatdı, qısa fasilədən sonra oyunun ikinci hissəsinə baxa biləcəksiniz. İkinci hissədə sizə “QPR” komandasının yaranma tarixi və qələbələri haqqında geniş məlumatlar verəcəm...
P.S. İstənilən televiziya kanalından futbol şərhçisi olmaq haqqında gələn təkliflər müsbət cavablandırılacaq.
Publika.Az
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin18 Dekabr 22:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq8 Dekabr 21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO