İdman
"Arsenal"ın ulduzu subaylıqla belə vidalaşdı: "Günahlar şəhəri"ndə macəra - FOTOLAR
"Arsenal"ın və İspaniya millisinin qapıçısı David Raya bu yay həyatımın ən vacib "oyunlar"ından birinə – öz toyuna hazırlaşır.
Publika.az xəbər verir ki, o, toyqabağı Las Veqasda səs-küylü bir subaylıq gecəsi təşkil edib. "Günahlar şəhəri"nə Raya yaxın dostları, qardaşı Oskar və La Liqada çıxış edən futbolçular - "Xetafe"dən Dieqo Riko, "Rayo Valyekano"dan Adri Embarba və Unay Lopeslə birgə yollanıb.
Dostları təkcə meydanda deyil, həm də bu qeyri-adi macərada onu dəstəkləyiblər. Qrup Las Veqas küçələrində "Arsenal" forması ilə gəzərək, şəkillər çəkdirib və əyləniblər.


Ən böyük sürpriz isə Rayanın özü olub. ABŞ-a gəlməzdən əvvəl qolkiper stüardessa obrazında görüntülənib. O, təyyarədə sərnişinlərə şirniyyat paylayaraq, səmada belə əyləncə təşkil edib.
Xatırladaq ki, David Raya model nişanlısı Tatyana Trubulə 2023-cü ilin oktyabrında evlilik təklifi edib. Onlar 2021-ci ildən bəri birgədirlər. Barselonadan olan model sevgilisi ilə birgə yaşamaq üçün Londona köçüb. İndi isə cütlük sevgi hekayəsini toyla yekunlaşmağa hazırlaşır.

-
İdman22:52Ermənistan “Azərbaycan” yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək
-
Nida Xəbər 21:55Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
-
ABŞ21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü
-
Nida Xəbər 20:45Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi
-
Sosial19:25Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
-
Sosial19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ







.webp)
.jpg)






















.jpg)

