MDB
"Mariner" tankerinin ələ keçirilməsinə Rusiyadan REAKSİYA
Rusiya Nəqliyyat Nazirliyi Rusiya bayrağı altında üzən "Marinera" tankerini ələ keçirən ABŞ Sahil Mühafizəsinin hərəkətləri ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, məlumatda qeyd olunub:
"1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının müddəalarına uyğun olaraq, açıq dənizlərin sularında naviqasiya azadlığı tətbiq olunur. Bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərinə qarşı güc tətbiq etmək hüququ yoxdur".
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, Rusiya ABŞ-dan ələ keçirilən "Mariner" tankerindəki Rusiya vətəndaşlarına qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini tələb edir:
"Ekipaj arasında Rusiya vətəndaşlarının olması ilə bağlı daxil olan məlumatları nəzərə alaraq, Amerika tərəfindən onlara qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini, onların hüquqlarına ciddi şəkildə hörmət edilməsini tələb edirik".
Nazirlik vurğulayıb ki, ABŞ rusların vətənlərinə qayıtmasına mane olmamalıdır.
Şimali Atlantikada Rusiya bayrağı altında hərəkət edən "Marinera" tankeri ABŞ sanksiyalarını pozduğuna görə saxlanılıb. Böyük Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiyaya məxsus Marinera tankerinin ələ keçirilməsinə yardım edib.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












