Magazin1
Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI
Bu gün Azərbaycan teleməkanında yetəri qədər sevilən və reytinqli verilişlər təqdim edən aparıcılar var. Onlar ya hər gün ya da həftənin müəyyən günlərində müxtəlif növ verilişlərlə tamaşaçıların görüşünə gəlirlər. Kimi əyləncə xarakterli verilişlərlə efirə çıxıb tamaşaçılara xoş əhval ruhiyyə bəxş edir, kimi də sosial verilişləri insanların bəzi problemlərini həll etməyə çalışır.
Publika.az xəbər verir ki, aparıcıların bir çoxu jurnalistika fakültəsi üzrə Ali təhsil almasalar da, onlar bu peşənin öhdəsindən asanlıqla gəlirlər. Bəs görəsən Azərbaycan efirlərinin tanınmış simaları əslində hansı univsersieteləri və hansı ixtisasları bitiriblər?

Aparıcı Leyla Quliyeva Ali təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Vokal və xor dirijorluğu" fakültəsində alıb.

Aparıcı Xoşqədəm Hidayətqızı Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Aparıcı Elgiz Əkbər Azərbaycan Dövlət İqtisad Universitetinin "Qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq" fakültəsini bitirib.

Aparıcı Afaq Gəncəli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsini bitirib.

Aparıcı Amil Xəlil Azərbaycandakı Ali təhsil müəssisələrindən birində "Tarix və jurnalistika" üzrə oxuyub.
Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Aktyorluq" fakültəsini bitirib.

Aparıcı İsa Şükürov Bakı Dövlət Universitetini bitirib. O, "Nəşriyyat və Redaktələr" üzrə bakalavr dərəcəsi alıb.

Aparıcı Kəmalə Piriyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub.

Aparıcı Nanə Ağamalıyeva Azərbaycan Tibb Universitetini bitirib. O uzun müddət diş həkimi işləyib.

Aparıcı Lamiyyə Ələkbərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirib.

Aparıcı Zaur Baxşəliyev Azərbaycan Beynəlxalq Universitetinin "Jurnalistika" fakültəsini bitirib.

Aparıcı Lalə Azərtaş Azərbaycan Dillər Universitetinin "Tərcüməçilik" fakültəsini bitirərək bakalavr dərəcəsi alıb.

Aparıcı Vüsalə Əlizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirib.

Aparıcı Zaur Kamal Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsini bitirib.

Aparıcı Samir Bayramlı Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsində Ali təhsil alıb. ( baku.ws)
-
Region03:43Süleymaninin heykəllərinə hücum edilir
-
Hadisə02:05Cəbrayıl və Füzulidə güclü YANĞIN: sərhəd boyunca... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Qoroskop01:40Günün ulduz falı: Yeni bir eşq macərasına başlamaq ehtimalı yüksəkdir
-
Magazin100:35Elnarə Abdullayevaya AĞIR İTKİ - FOTO
-
İdman7 Yanvar 22:52Ermənistan “Azərbaycan” yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək
-
Nida Xəbər 7 Yanvar 21:55Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
-
ABŞ7 Yanvar 21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə7 Yanvar 20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü











.jpg)







.jpg)













.jpg)

