Dünya
Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
1979-cu ildə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İranda baş verən genişmiqyaslı etirazlar fonunda çıxış edib. O, rejimin süqut mərhələsinə daxil olduğunu və ölkənin demokratik keçidə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, Rza Pəhləvi yaydığı mesajda İran xalqına müraciət edərək deyib ki, mövcud İslam Respublikası artıq legitimliyini itirib və prosesin geri dönüşü yoxdur:
“Rejimin sonu qaçılmazdır. İran xalqı üçün indi ayağa qalxma zamanıdır. Biz demokratik keçid prosesinə hazırıq”, - deyə o qeyd edib.

Etirazlar 27 vilayəti əhatə edib
Məlumatlara görə, 28 dekabr tarixində başlayan hökumət əleyhinə etirazlar 31 vilayətin 27-nə yayılıb. Amerikada yerləşən İnsan Haqları Aktivistləri Agentliyinin məlumatına əsasən, hadisələr zamanı 36 nəfər həyatını itirib, 1200-dən çox insan yaralanıb.
İran İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınan “Fars” agentliyi isə 250 polis əməkdaşının və 45 SEPAH üzvünün yaralandığını bildirib.

Tahrandan ziddiyyətli iqtisadi addımlar
Etirazların əsas səbəbi kimi ölkədəki dərin iqtisadi böhran göstərilir. İran hakimiyyəti vəziyyəti yumşaltmaq üçün vətəndaşlara aylıq 7 dollar həcmində yardım təklif edib. Hökumət sözçüsü Fatemeh Mohacerani bildirib ki, məqsəd ailələrin alıcılıq qabiliyyətini qorumaq və inflyasiyanı azaltmaqdır.
Lakin ekspertlər qeyd edirlər ki, minimum yaşayış səviyyəsi üçün tələb olunan 200 dollar fonunda 7 dolların real təsiri yoxdur.
Bununla paralel olaraq İran Mərkəzi Bankı subsidiyalı valyuta məzənnəsinin azaldıldığını elan edib ki, bu da idxal məhsullarının bahalaşmasına və etirazların daha da alovlanmasına səbəb ola bilər.
Pəhləvidən rejimə sərt mesaj
Rza Pəhləvi “Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib ki, Tehran rejimi artıq legitim deyil və daxildən parçalanır.
O, ABŞ prezidenti Donald Trampın İran xalqına dəstək verdiyini xatırladaraq deyib: “İran xalqının özünü tiran rejimindən xilas etmə vaxtı çatıb”.

Netanyahu ilə yaxın münasibətləri
Rza Pəhləvinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə yaxın münasibətləri də diqqət çəkir. O, 2023-cü ildə İsrailə səfər edib və Netanyahu ilə görüşüb. Onun Qüdsdə dua etdiyi və yəhudi din xadimləri ilə birgə görüntüləri də yayımlanıb.
Qeyd edık ki, Rza Pəhləvi 1960-cı ildə anadan olub. O, 1979-cu il İslam İnqilabı zamanı ABŞ-da hərbi pilot təhsili alırdı. İnqilabdan sonra ölkəni tərk edib və 1980-ci ildə sürgündə olan Pəhləvi sülaləsinin başçısı elan edilib. Hazırda rejim dəyişikliyi üçün fəaliyyət göstərir və bu məqsədlə 2014-cü ildə farsdilli televiziya və radio platforması yaradıb.
Akqabay
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)



















