Nida Təhlil
Bastrıkin Putinə qarşı çıxdı: AZAL-ın vurulan təyyarəsi ətrafında müəmma
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-ın vurulan təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsinin səbəbləri haqda Azərbaycanın Baş prokuroru Kamran Əliyevə göndərdiyi iddia edilən məktub təyyarə böranı ətrafında yeni suallar yaratdı.
Teleqram kanallarında yayılan məktubda AZAL-ın təyyarəsinin hava şəraitinə görə marşrutunu dəyişdirdiyi, qəzanın da buna görə baş verdiyi qeyd olunur, atəş açılmasından bəhs edilmir. Xarici işlər naziri Ceyhun Bayramov da ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi ki, Rusiya İstintaq Komitəsi təəccüb doğuran məktub göndərib. Məktubda cinayət işinə xitam verildiyi qeyd olunur.
Bastrıkinin məktubu qəza ilə bağlı Rusiyanın da yer aldığı komissiyanın ilkin araşdırmasının nəticələrinə, eləcə də Putinin Əliyevlə Düşənbə görüşündə dediklərinə ziddir.
- Komissiya təyyarəyə kənar müdaxiləni təsdiq edir;
- Putin də Əliyevə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin açdığı atəşə tuş gəldiyini deyib və buna görə kompensasiyanın ödəniləcəyini, məsuliyyətli şəxslərlə bağlı hüquqi qiymət veriləcəyini bildirib;
Bunun fonunda Rusiya İstintaq Komitəsinin əsassız mövqeyi Bakıda suallar yaradır: Bastrıkin Putinə qarşı çıxır?
Mümkün ehtimaldır, Rusiyanın hərbi-siyasi elitasında qruplaşmaların olduğunu nəzərə alsaq, təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən qrupların rol oynadığı versiyası ön plana çıxır. Cinayət işinə xitam verilməsi ilə Putinin də mövqeyinə təsir etmək istəyə bilərlər. Hərçənd, mümkün görünən bu ehtimal belə bir qərarın birbaşa Kreml – Putin tərəfindən verilməsi versiyası ilə müqayisədə zəif görünür.
İstisna deyil ki, Putin qəbul etdiyi tələblərin icrasını məqsədyönlü şəkildə gecikdirir. Moskva da beynəlxalq komissiyanın araşdırdığı qəzada atəş açıldığı faktının təsdiqlənəcəyini və Azərbaycanın tələblərindən geri çəkilməyəcəyini anlayır, lakin Bakı ilə pərdəarxası danışıqlarda bundan (Moskva üçün Cənubi Qafqazda zəifləyən mövqelərini yenidən bərpa etmək məqsədilə açılacaq kommunikasiyalardan pay almaq istəyi prioritetə çevrilib) “bazarlıq” üçün istifadə etmək istəyi də müşahidə olunur. Görünür, Putin Bastrıkini “pis polis” obrazında önə çəkməklə Bakıya mesaj ötürür, eyni zamanda, lazım olacağı təqdirdə “yaxşı polis” rolunda prosesə müdaxilə imkanlarını da saxlayır.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































