İdman
Premyer Liqa klubundakı payını məcburiyyətdən satışa çıxardı: UEFA-ya görə
Amerikalı biznesmen Con Tekstor "Kristal Pelas"dakı payını satmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tekstor klubdakı 43 faizlik payını digər həmsahiblər Coş Harris və Deyvid Blitserə 175 milyon funt sterlinq qarşılığında təklif edib.
Tekstor eyni zamanda Avropa Liqasının daha bir iştirakçısı olan Fransanın "Lion" klubunun da nəzarətçi səhmdarıdır. UEFA-nın qaydalarına əsasən, bir investor eyni vaxtda avrokuboklarda iştirak edən iki və ya daha çox klub üzərində nəzarəti əlində saxlaya bilməz.
"Kristal Pelas" UEFA-ya Avropa Liqasında iştiraka dair yekun mövqeyini 24 iyuna qədər təqdim etməlidir. Qurumun bu məsələ ilə bağlı son qərarı 30 iyuna qədər açıqlanacaq.
Qeyd edək ki, "Kristal Pelas" İngiltərə Kubokunu qazanaraq Avropa Liqasına vəsiqə qazanıb.
Heybət
-
MDB15:48Kreml 20 maddəlik sülh planını rədd edəcək: Nə qədər ki, Putinin belə fürsəti var...
-
Sosial14:48"Uşaqları texnologiyadan tamamilə təcrid etsək, qorxaq nəsil yetişər"
-
İdman14:18“Dünyanın ən seksual hokkeyçisi”dən qar üzərində qaynar - FOTOLAR
-
Rəsmi xronika13:20İlham Əliyev sərəncam imzaladı
-
İdman13:05Bekhemin ailəsində növbəti qalmaqal - Oğul ata və anasını blokladı
-
Dünya12:52Afina narahatdır: Türkiyə oyun qaydalarını dəyişir, yalnız bir seçim qalıb
-
Ekopublika.az12:43Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi/VİDEO
-
Ekologiya12:32Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ























