Nida Təhlil
Putin AZAL-ın təyyarəsi ilə bağlı qəbul etdiyi öhdəlikləri niyə icra etmir?
AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin Rusiya tərəfindən vurulmasından bir il keçsə də, Moskva Bakının haqlı tələblərini hələ də icra etməyib.
Azərbaycanın Rusiya qarşısında tələbi dəyişməz olaraq qalır: baş vermiş qəzaya görə üzrxahlıq edilməli; təzminat ödənilməli; günahkarlar cəzalandırılmalıdır.
Bu ilin 9 oktyabrına qədər Moskva bu tələblərindən yayınmaq üçün müxtəlif variantlara əl atırdı:
- Təyyarənin vurulması faktını gizlətməyə çalışdı;
- Məsuliyyəti yayınmaq üçün Ukraynanı günahlandırdı;
- Qazaxıstanın apardığı istintaq prosesinə müdaxiləyə cəhd etdi;
- Azərbaycanın geri çəkilməsi üçün həm media, həm siyasi müstəvidə təzyiq kampaniyaları aparıldı, kiberhücumlara əl atdı.
Bakını geri çəkilməməsi və regionda yaranmış şərtlər, xüsusilə Zəngəzur dəhlizi mələsində Rusiyanın uğursuzluğu Moskvanı “təslim olmağa” məcbur etdi. 9 oktyabrda Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü AZAL-la bağlı problemi nəzəri baxımdan həll etdi: Putin Əliyevin tələbini qəbul etdi; təzminatın ödəniləcəyini və günahkarın cəzalandırılacağını dedi, yenidən üzrxahlıq etdi.
Bu görüşdən iki ay yarım keçsə də, Rusiya qəbul etdiyi tələbləri praktiki müstəvidə icra etmir. Moskvanın “istintaqın yekunlaşmasını” gözləməsi adekvat deyil, çünki bütün məlumatlar ortadadır və istintaqın nəticəsini dəyişmək mümkün deyil, yaxud belə bir cəhd Azərbaycan tərəfindən qəbul olunmayacaq. Putinin Əliyevin tələbləri ilə razılaşması da Rusiyanın təyyarənin vurulması faktını qəbul etməsi deməkdir. Moskva günahkarların cəzalandırılmasını istintaqın yekununa saxlaya, təzminatı isə indi ödəməklə tələblərin icrasına başlaya bilər. Bunun baş verməməsi fonunda istisna deyil ki, Moskva təyyarə ilə bağlı tələblərin praktiki icrasını regional siyasətdə Bakı ilə “bazarlıq” üçün istifadə etmək istəyir.
Hərçənd, Azərbaycanın mövqeyini dəyişmək, yaxud qeyri-adekvat tədbirlərlə razı salmaq çətindir. Əliyev Sankt-Peterburqa getməməklə bunu əyani şəkildə nümayiş etdirdi.
Asif Nərimanlı
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi































.jpg)



