“Real” “Barselona”dan bu sənədləri tələb edir: Rüşvət qalmaqalına görə
Bizi izləyin

İdman

“Real” “Barselona”dan bu sənədləri tələb edir: Rüşvət qalmaqalına görə

“Real” məhkəmədən “Barselona”nın İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə bağlı ödənişlərinə dair sənədləri tələb etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Madrid klubu işi sona qədər aparmaq istəyir və 2010–2018-ci illər arasında aparılmış daxili auditlər, xarici audit hesabatları, Vergi İdarəetməsi Komitəsinin iclas protokolları, eləcə də “Barselona”ya qarşı yönəlmiş məhkəmə və ya məhkəmədənkənar iddiaların təqdim olunmasını istəyib.

“Neqreyra işi” İspaniya futbolunda böyük qalmaqalla bağlıdır. Belə ki, “Barselona” İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya böyük məbləğdə ödənişlər etməkdə ittiham olunur.

2023-cü ildə ortaya çıxan məlumata görə, bu ödənişlər uzun illər, 2001-ci ildən etibarən həyata keçirilib. İddialara əsasən, Kataloniya klubu bu ödənişlər vasitəsilə oyunlar zamanı hakimliyə təsir göstərməyə cəhd edib. Lakin “Barselona” rəhbərliyi bildirir ki, pullar məsləhət xidmətlərinə görə ödənilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm