İdman
Neymar tənqidlərə belə cavab verdi: Pis olan odur ki...
"Santos" klubunun hücumçusu Neymar açıqlama verib.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu ünvanına yönələn tənqidlərə münasibət bildirib:
"Mən başqalarının nə düşündüyünə nəzarət edə bilmərəm. Bizim həyat tərzimizi heç cür anlamayan insanlara cavab vermək çətindir. Qınamaq asandır, amma arxasında nə dayandığını başa düşmək çətindir. Karyeram boyu azacıq da olsa həmişə kədərlənmişəm ki, insanlar mənim haqqımda danışırlar, futbol haqda yox. Üstəlik, bu insanlar məni tanımırlar.
Mən yaxşı insan olduğumu bilirəm və bu vəziyyətlə barışmaq çətin olur. İstərdim ki, insanlar daha çox meydandakı oyunuma əhəmiyyət versinlər.
İndi internet və sosial şəbəkələrin olduğu dövrdə insanlara yalnız idmançının özü ilə maraqlanmaq çətindir. Pis olan odur ki, bəzi insanlar məni yalnız müəyyən bir şəkildə qiymətləndirir, bəzən nifrət edirlər. Halbuki onlar məni tanımırlar, gündəlik həyatımın bir hissəsi deyillər, ailəm və özüm üçün nə qədər çalışdığımı bilmirlər.
İnternetdə gördüklərinin reallığı əks etdirmədiyini dərk etmək çətindir. İnternetlə bağlı möhkəm xarakterim var. Mən bunlara baxa bilirəm və bu məni yaralamır, psixoloji olaraq zərər vermir.
Futbol karyeram bir gün bitəcək. Amma adım tarixdə qalacaq. İllər keçəcək, yeni futbolçular gələcək və gedəcək. Mən isə həmişə deyirəm ki, əsl dəyər verilməsi gərəkən insanlar məni tanıyanlardır".
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO
-
Sağlamlıq15 Dekabr 18:55Çindən Azərbaycana gətirilən bu məhsulda AĞIR METALLAR aşkarlandı - FOTO






.jpg)



















.jpg)
.webp)










