Kaka futbola qayıdır?
Bizi izləyin

İdman

Kaka futbola qayıdır?

"Milan", "Real" və Braziliya millisinin əfsanəvi sabiq futbolçusu Kaka məşqçilik karyerasına başlamaq istədiyini bildirib.

Publika.az xəbər verir ki, o, karyerasını başa vurduqdan sonra da futbola sevgisinin qaldığını etiraf edib:

"Futbolu sevirəm, bir gün məşqçi olmaq istəyirəm. Bu, mənim üçün inanılmaz bir çağırış olacaq!"

İddia edilirdi ki, Karlo Ançelotti onu Braziliya millisindəki məşqçi heyətinə dəvət etmək istəyib. Kaka bu təklifi nəzərdən keçirməyə və Ançelottinin komandasına qoşulmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Kaka futbolçu karyerasını 2017-ci ilin dekabrında başa vurduqdan sonra futbolda heç bir fəaliyyətlə məşğul olmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm