İdman
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.
Publika.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63,67 və 87 kq-da medalçılar müəyyənləşib.
İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.

-
Magazin222:48
Üç ildən sonra ayrıldıqlarını rəsmən ELAN ETDİLƏR
-
Ekologiya21:36
İlin son Günəş tutulması başladı
-
İdman20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”
-
Ekologiya20:24
Ordubada 19 sm qar yağdı - VİDEO
-
Magazin120:00
Bu da Aynişanın yeni evi - FOTO
-
Hadisə18:48
Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar
-
Dünya10:51
Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?
-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü