İdman
"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı

Misli Premyer Liqasının V turunun son matçında "Neftçi" səfərdə "Sumqayıt"ı üstələməklə cari mövsümdə ilk qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Ağadadaş Salyanski (79-cu dəqiqə) və Alessio Kurçi (90+2-ci dəqiqə) rəqib qapısından keçiriblər.
Bununla da Samir Abasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 10 xalla ikinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1, "Sabah" "Turan Tovuz"u 2:0, "Qarabağ" isə"Araz-Naxçıvan"ı 5:0 hesabı ilə üstələyib.

-
Magazin222:48
Üç ildən sonra ayrıldıqlarını rəsmən ELAN ETDİLƏR
-
Ekologiya21:36
İlin son Günəş tutulması başladı
-
İdman20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”
-
Ekologiya20:24
Ordubada 19 sm qar yağdı - VİDEO
-
Magazin120:00
Bu da Aynişanın yeni evi - FOTO
-
Hadisə18:48
Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar
-
Dünya10:51
Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?
-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü