Planetimizlə naməlum asteroid toqquşub - İzlər aşkarlandı
Bizi izləyin

Dünya

Planetimizlə naməlum asteroid toqquşub - İzlər aşkarlandı

Kertin Universitetinin alimləri Avstraliyada Yer kürəsi ilə naməlum asteroidin toqquşmasına dair izlər aşkar ediblər.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri Earth and Planetary Science Letters (EPSL) jurnalında dərc olunub.

Qeyd edilib ki, bu kəşf muzey nümunələri üzərində aparılan analizlər nəticəsində mümkün olub. Söhbət tektitlərdən - kosmik cismin zərbəsi zamanı yaranan təbii şüşə formalı strukturlardan gedir.

Tədqiqat zamanı mütəxəssislər unikal kimyəvi tərkibə malik yeni tektit növü müəyyən ediblər. Bu nümunələrin yaşı təxminən 11 milyon il olaraq qiymətləndirilib.

Alimlər yeni tapıntıları məşhur Avstralaziya yayılma sahəsinin tektitləri ilə müqayisə ediblər. Həmin sahənin nümunələri 780 min il yaşı ilə tanınır və Yer kürəsinin yarısında yayılıb. Yeni tektitlər isə 15 dəfə daha yaşlıdır və daha məhdud ərazidə tapılıb. Bu fərqlər onların başqa bir toqquşma hadisəsinə aid olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, toqquşmanın miqyası böyük olsa da, zərbə krateri hələlik aşkar edilməyib. Qədim asteroid toqquşmalarının tezliyi və gücünün öyrənilməsi gələcəkdə bu cür hadisələrin risklərinin qiymətləndirilməsi və planetar müdafiə metodlarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm