Region
Ərdoğan ABŞ-a getdi: Trampla da görüşəcək - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyasına qatılmaq və müxtəlif görüşlər keçirmək məqsədilə Türkiyə vaxtı ilə saat 20:30-da “TRK” təyyarəsi ilə ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri Nyu-Yorkdakı Türk Evinə gedib və prada yerli vətəndaşların böyük marağı və sevgisi ilə qarşılanıb.
Türk Evinə daxil olarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib: “Tramp ilə görüşlərimiz olacaq. Bizim üçün Orta Şərqdə atılan hər bir addım həyati əhəmiyyət daşıyır, bu görüşlərimiz olduqca vacibdir.”
Ərdoğanın görüşlərində əsas müzakirə mövzularından biri Qəzza olacaq. Qəzzadan yüksələn fəryadı dünyaya çatdırmaq üçün o, çərşənbə axşamı BMT tribunasından çıxış edəcək.
Türkiyə Prezidentinin Nyu-York proqramı olduqca sıx keçəcək. O, BMT-də keçiriləcək Fələstin konfransına da qatılacaq. Nyu-Yorkda Türk-Amerika cəmiyyəti ilə də görüşəcək və Türk-Amerika İdarə Komitəsinin təşkil etdiyi yeməyə qatılacaq.
Prezidentin digər proqramı isə iş dünyası ilə bağlı olacaq. Türk və amerikalı iş adamları ilə Türk Evində görüşəcək. Çərşənbə günü BMT-nin İqlim Sammitinə qatılacaq.
Ərdoğan Nyu-Yorkda bir sıra ikitərəfli görüşlər də keçirəcək. ABŞ-da Nyu-York proqramını başa vurduqdan sonra Vaşinqtona gedərək 25 sentyabrda Donald Tramp ilə Ağ Evdə görüşəcək. Ərdoğan-Tramp görüşündə hərbi və ticarət məsələləri, eləcə də qlobal mövzular müzakirə olunacaq.
Hüseyn İbadlı
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO


















.png)


















.png)