Prezident xəbərdarlıq etdi: Nəhəng klublar şəhəri tərk edəcək
Bizi izləyin

İdman

Prezident xəbərdarlıq etdi: Nəhəng klublar şəhəri tərk edəcək

“İnter” klubunun prezidenti Cüzeppe Marotta Milan şəhərində yeni stadionların inşası ilə bağlı çətinliklərdən danışıb.

Publika.az xəbər verir ki, o, vəziyyətin dəyişməcəyi halda şəhəri tərk edə biləcəklərini bildirib:

“Futbolla bağlı bir insan kimi bu vəziyyətlə məşğul olmaq mənim üçün bir az utancvericidir. Milan idmanı arxa plana atılıb, biz “San Siro”da Çempionlar Liqasının finalını təşkil etmək üçün kriteriyaları yerinə yetirə bilmirik, bu stadion Avro-2032 üçün icazə almayıb.

Bütün bunlar ona görədir ki, 30 il əvvəl siyasətə daxil olan və çox konservativ olan bəzi insanlar başa düşmürlər ki, “İnter” və “Milan” kimi klublar müasir tələblərə cavab verən yeni stadionlara mütləq ehtiyac duyurlar.

Əgər bu vəziyyət həll olunmasa, hər iki klub şəhəri tərk etməyə məcbur olacaq. Bu, şəhər üçün dəhşətli olar. Mən optimistəm, merin nə etdiyini görürəm və ümid edirəm ki, sağ düşüncə üstünlük qazanacaq”.

Qeyd edək ki, mer ötən həftə “San Siro”nun hər iki klub tərəfindən alınacağını açıqlamışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm