“Qızıl top”un sahibinin adını yalnız o bilir
Bizi izləyin

İdman

“Qızıl top”un sahibinin adını yalnız o bilir

“Qızıl top” ətrafındakı intriqa ən yüksək həddə çatıb.

Publika.az xəbər verir ki, bu gün keçiriləcək mərasimin qalibinin adı sirr olaraq saxlanılır. Hətta mükafatın sahibi də bu barədə məlumatlı deyil. “France Football”un baş redaktoru Vensan Qarsia bununla bağlı açıqlama verib:

“Qızıl top”un sahibinin adını yalnız mən bilirəm. Qalibin müəyyənləşdirilməsi üçün meyarlar dəyişməzdir: fərdi göstəricilər, yadda qalan və həlledici çıxışlar, qazanılan titullar, feyr-pley prinsiplərinə əməl olunması, meydanda və meydandan kənardakı davranış.

Proqnozlar və ehtimallar var, amma yekun nəticə mərasimin sonuna qədər gizli qalacaq. Hətta qalibin özü də bu barədə yalnız mərasimdə xəbərdar olacaq”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm